Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.04.2026 16:14

Azərbaycanda tələbə qəbulu və təhsil kreditləri rəqəmsallaşdırılır

Azərbaycanda tələbə qəbulu və təhsil tələbə krediti üzrə müraciətlər rəqəmsallaşdırılır. Elektron tələbə qəbulu xidmətinin 2026-cı ilin iyulunadək “mygov” platforması üzərindən istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda, tələbə krediti müraciətlərinin də elektronlaşdırılması istiqamətində işlər aparılır və bu xidmətin may ayınadək sistemə inteqrasiyası nəzərdə tutulur.Layihə Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.