Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.04.2026 12:20
Azərbaycanda gömrükdə malların buraxılışına yeni mexanizm tətbiq olunacaq
Azərbaycanda 2026-cı ildən malların gömrükdə ikipilləli buraxılışı mümkün olacaq. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ilin sonunadək bu sistemin tətbiqi üçün normativ hüquqi baza hazırlanacaq.Yeni mexanizm saxlanc xərclərinin azaldılmasına və malların daha sürətli şəkildə istehlakçıya çatdırılmasına imkan verəcək.Qeyd edək ki, ikipilləli buraxılış sistemi Prezident İlham Əliyevin təsdiqlədiyi “Etibarlı Tərəfdaş Konsepsiyası” çərçivəsində həyata keçiriləcək. Bu istiqamətdə müvafiq qurumlara 2026-2028-ci illər üçün konkret tapşırıqlar verilib.
- Baxış: 69
