Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.04.2026 12:13

Lənkəranda ağac avtomobilin üstünə aşıb

Lənkəranda 1967-ci il təvəllüdlü Dəmir Sərvaz oğlu Müzəffərovun idarə etdiyi "VAZ-2107" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Parakənd kəndi ərazisində yol kənarında çürümüş ağac aşaraq nəqliyyat vasitəsinin üstünə aşıb. Nəticədə avtomobildə sərnişin qismində olan sürücünün qızı, 1988-ci il təvəllüdlü Nüşabə Dəmir qızı Müzəffərova və qızın qaynanası 1960-ci il təvəllüdlü Təzəgül Sabir qızı Babayeva xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.