Ərdoğan İstanbulda İsrail Konsulluğu yaxınlığındakı atışmadan danışıb
Türkiyə təxribatlara dözməyəcək.Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrailin Konsulluğu yaxınlığında baş vermiş atışma barədə danışarkən bildirib.Hadisəni pisləyən Ərdoğan deyib ki, atışma vaxtı biri ölü, ikisi yaralı olmaqla, üç terrorçu zərərsizləşdirilib, iki polis əməkdaşı yüngül xəsarət alıb.Türkiyə Prezidenti qeyd edib ki, hadisə ilə bağlı həm İstanbul Baş Prokurorluğu, həm də polis və kəşfiyyat orqanları araşdırma aparır. İsrail Xarici İşlər Nazirliyi də İstanbulda İsrail Konsulluğuna hücumu qınayıb. İsrail XİN bəyanat yayaraq “Türkiyə təhlükəsizlik qüvvələrinin hücumun qarşısının alınması üçün operativ tədbirlərini yüksək qiymətləndiririk. İsrailin dünyadakı diplomatik missiyaları saysız-hesabsız hədələrə və terror hücumlarına məruz qalıb. Terror bizi qorxutmayacaq”,-bildirib.Qeyd edək ki, bu gün İstanbulda İsrail Konsulluğu yaxınlığında atışma baş verib, iki polis əməkdaşı yaralanıb, hücum edən silahlılardan biri ölüb, ikisi ələ keçirilib
- Baxış: 73
