Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.04.2026 17:41
DTX: Azərbaycanda təhlükəsizlik və sabitlik etibarlı şəkildə təmin olunur
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdidlərin vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir.DTX rəisi Əli Nağıyev bildirib ki, xidmət dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun qorunması, həmçinin terrorçuluğa qarşı mübarizə sahəsində səmərəli iş aparır.Onun sözlərinə görə, qlobal gərginliklərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunub saxlanılıb və vətəndaşların təhlükəsizliyi təmin edilib.Bu fikirlər DTX-nin yaradılmasının 107-ci ildönümü və peşə bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib.
- Baxış: 76
