Azərbaycan QHT-ləri mina təhlükəsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı Azərbaycan Milli QHT Forumu və ANAMA yanında İctimai Şura beynəlxalq ictimaiyyətə müraciət edib.Müraciətdə bildirilib ki, mina təhlükəsi dünyada ən ciddi humanitar problemlərdən biri olaraq qalır və Azərbaycan bu sahədə ən çox zərər çəkmiş ölkələr sırasında ilk onluqdadır.İşğaldan azad edilmiş ərazilərdə təxminən 12 min kvadrat kilometr sahə mina və partlamamış sursatlarla çirklənib. Bu ərazilərdə 1 milyondan çox mina olduğu ehtimal edilir.İndiyədək yüz minlərlə hektar ərazi təmizlənsə də, mina problemi insanların təhlükəsiz qayıdışına və bölgənin inkişafına ciddi maneə olaraq qalır. Azərbaycan beynəlxalq ictimaiyyəti mina təhlükəsinə qarşı daha fəal mövqe tutmağa və bu sahədə dəstəyi artırmağa çağırıb.
- Baxış: 55
