Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.04.2026 16:21

Ali Məhkəmə yaşayış sahəsindən istifadə hüquqları ilə bağlı qərar qəbul edib

Ali Məhkəmə yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatı ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.Qərarda qeyd olunub ki, bu hüquq özgəninkiləşdirilə və vərəsəliklə ötürülə bilməsə də, hüquq sahibinə yaşayış sahəsindən istifadə etmək və hüququnun müdafiəsini tələb etmək imkanı verir.Ali Məhkəmə həmçinin belə hüquqların dövlət reyestrində qeydiyyatının hüquqların qorunmasına və əmlakla bağlı şəffaflığın təmininə xidmət etdiyini bildirib və inzibati orqanın imtinasını qanunsuz sayıb.