Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.04.2026 12:30

Səfərbərlik Xidməti 34 əməkdaşı ilə bağlı Baş Prokurorluğa müraciət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanmış materiallar prosessual qərar üçün Baş Prokurorluğa təqdim edilib.Qurumun 2026-cı ilin I rübü üzrə hesabatına əsasən, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı 27 əməkdaş barəsində intizam tədbirləri görülüb. Onlardan 17-si rəhbər vəzifəli şəxslərdir.Həmçinin 1 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb.