Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.03.2026 12:20

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günləri ilə bağlı əhaliyə müraciət edib.Vətəndaşlar kütləvi tədbirlərdə və sıx məkanlarda qoruyucu vasitələrdən istifadə etməli, əl gigiyenasına diqqət yetirməli, qidalanmada vitaminlərlə zəngin məhsullara üstünlük verməlidirlər.Yaz mövsümündə havaların qeyri-sabit keçməsi respirator xəstəliklər və mövsümi qrip hallarının artmasına səbəb ola bilər. Buna görə də hava şəraitinə uyğun geyim seçilməsi tövsiyə edilir.Ölkədə martın 20-24-ü Novruz bayramı və Ramazan bayramı qeyd olunacaq.