Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.03.2026 10:37

Ceyhun Bayramov türkiyəli və pakistanlı həmkarı ilə regiondakı təhlükəsizlik vəziyyətini müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.Tərəflər regionda mövcud təhlükəsizlik vəziyyəti və son inkişaflar müzakirə olunub. Nazirlər gərginliyin qarşısının alınmasının və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.Beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin əhəmiyyətini qeyd ediblər.Azərbaycan-Türkiyə müttəfiqliyinin regionda sülh və təhlükəsizliyə töhfəsi xüsusi vurğulanıb, mövcud çağırışlara qarşı birgə fəaliyyətin önəmi bildirilib.Ceyhun Bayramov həmçinin Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darla görüşüb.Nazirlər regional təhlükəsizlik vəziyyəti və son geosiyasi inkişaflar barədə fikir mübadiləsi aparıblar, Yaxın Şərqdə gərginliyin azaldılmasının, sabitliyin təmin olunmasının vacibliyini vurğulayıblar.