Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.03.2026 17:37

Prezident emal edilməmiş almazların rəy olmadan idxalı və ixracına görə cərimələri təsdiqləyib

Prezident İlham Əliyev emal edilməmiş almazların dövriyyəsinə nəzarətin gücləndirilməsi ilə bağlı qanunu təsdiqləyib. Yeni dəyişikliklərə əsasən, müvafiq qurumun rəyi olmadan emal edilməmiş almazların idxal və ixracına görə fiziki şəxslər 550 manatdan 750 manatadək cərimə ediləcək. Vəzifəli şəxslər üçün cərimə 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər üçün isə 1500 manatdan 2500 manatadək müəyyən olunub.Qanuna əsasən, emal edilməmiş almazların idxalı, ixracı, dövriyyəsi və saxlanılması üzərində dövlət nəzarəti mexanizmi də yaradılacaq.