Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.03.2026 12:17

Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir

Azərbaycanda hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, qanunvericiliyə edilən dəyişikliklərə əsasən, tibbi müayinəyə, hərbi xidmətə və ya təlim toplanışlarına üzrlü səbəb olmadan gəlməyən şəxslər məsuliyyətə cəlb olunacaq.Bundan başqa, hərbi xidmətdən yayınan vətəndaşların barəsində qərar qəbul edilənədək onların ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq oluna bilər.Bu dəyişikliklər çağırış sisteminin səmərəliliyini artırmaq və hərbi vəzifələrin icrasını təmin etmək məqsədi daşıyır.