Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.03.2026 17:38
Tramp: Rusiya ehtimal ki, hazırda İrana cüzi dəstək göstərir
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya tərəfi ehtimal ki, hazırda İrana cüzi dəstək göstərir.O, bu barədə "Fox News" telekanalına müsahibəsində bəyan edib."Moskva da ola bilsin hesab edir ki, biz Ukraynaya kömək edirik", - o deyib.Tramp Birləşmiş Ştatların zərurət yarandığı halda gəmiləri Hörmüz boğazından keçərkən müşayiət etməyə hazır olduğunu bəyan edib.Tramp həmçinin “Truth Social” hesabında yazıb ki, ABŞ İranın hərbi potensialını ciddi şəkildə zəiflədib. Onun sözlərinə görə, İranın hərbi-dəniz qüvvələri məhv edilib, hərbi hava qüvvələri isə artıq fəaliyyət göstərə bilmir.
- Baxış: 62
