Qərbi Azərbaycan İcması avropalı parlamentarilərin ittihamlarını qınayıb
Avropa Parlamentinin bir qrup üzvü Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa Azərbaycana qarşı böhtan və nifrət dolu məktub ünvanlayıb.Qərbi Azərbaycan İcması yayımladığı bəyanatda buna etiraz edib.Məktub Azərbaycanın və Ermənistanın sülh müqaviləsini paraflaması, hətta ticarət əlaqələrinə başlaması, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri fonunda göndərilib. Bu yanaşma ilə Avropa parlamentariləri Ermənistan və ondan kənarda revanşist dairələrin maraqlarına xidmət edir.Bəyanatda qeyd olunub ki, qondarma rejimin tör-töküntülərinə “France 24” kanalında efir verilməsi də suallar doğurur. Bölgədə sülhün bərqərar olması Avropada Azərbaycana qarşı köhnə stereotiplərdən əl çəkməyən bəzi dairələri narahat edir.Qərbi Azərbaycan İcaası xüsusilə vurğulayıb ki, Avropalı parlamentarilərin Qarabağdan könüllü qayıdan ermənilərin geri dönməsi ilə bağlı mövqeyi, qərbi azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu inkar etməsi və insan haqları, humanitar məsələlərə etnik-dini təəssübkeşlik prizmasından yanaşması qətiyyətlə pislənir.Bəyanatda bu cür yanaşmanın sülh prosesinə və bölgədə qarşılıqlı anlaşmaya zərbə vurduğu və Avropa tərəfindən balanslı mövqe sərgiləməsi tələb olunub.
- Baxış: 43
