Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.03.2026 17:52

Antonio Koşta: “Aİ Azərbaycanı sülh gündəliyində dəstəkləyir”

Antonio Koşta Bakıda Prezident İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışında bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh iki ölkənin xalqlarına çox yaxşı təsir edir.Aİ Şurasının Prezidenti həmçinin qeyd edib ki, Aİ İran tərəfindən Naxçıvana edilən dron hücumunu pisləyir.Antonio Koşta əlavə edib ki, Avropa İttifaqı və Azərbaycan təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edirlər.O həmçinin "Aİ ölkələrinin vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Azərbaycana minnətdarlığımızı bildiririk",- deyib.Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar nəticəsində martın 11-i saat 14:00-dək Azərbaycana ümumilikdə 72 ölkənin 2 225 vətəndaşı təxliyə olunub.