Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.03.2026 16:21
Vladimir Putin İlham Əliyevə təşəkkür edib
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib.Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində və humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılan şəraitə görə təşəkkürünü bildirib. Liderlər həmçinin Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin siyasi-diplomatik yollarla həllinin vacibliyini vurğulayıblar.Telefon danışığında Azərbaycan - Rusiya münasibətlərinin gələcək inkişafı məsələləri də müzakirə olunub.
- Baxış: 46
