Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.03.2026 16:15

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Rebeka Qrinspan ilə görüşüb. Görüşdə Azərbaycan-BMT əməkdaşlığı, qlobal ticarət və regional məsələlər, eləcə də Yaxın Şərqdəki gərginliyin iqtisadiyyata təsiri müzakirə olunub.Tərəflər həmçinin Azərbaycanın tranzit və logistika imkanları, eləcə də Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd ediblər.