Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.03.2026 16:14

Çin Azərbaycana minatəmizləmədə dəstək verir

Çin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin Silahlara Nəzarət Departamentinin baş direktoru Sun Xiaobo Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanovla görüşdə deyib. Humanitar minatəmizləmə sahəsində əməkdaşlıq iki ölkə arasında münasibətlərin inkişafına töhfə verir və Azərbaycanın müharibədən sonrakı bərpa prosesində mühüm rol oynayır. Qeyd edək ki, Vüqar Süleymanov martın 9-dan Çində işgüzar səfərdədir.