Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik
Azərbaycan Prezidenti Ilham Əliyevin İranın Naxçıvana dron hücumu ilə bağlı səsləndirdiyi fikirlər açıq mesajdır. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Mixay Popşoy ilə Bakıda keçirilən brifinqdə deyib. Nazir bildirib ki, məsələ İranın xarici işlər naziri ilə telefon danışığı zamanı da müzakirə olunub. İran tərəfi hadisənin ciddi şəkildə araşdırılacağına söz verib və Azərbaycan rəsmi nəticələri gözləyir.Nazir "Azərbaycan diplomatik heyəti İrandan təxliyə edilir" deyib.Brifinqdə həmçinin Azərbaycan və Moldova arasında ticarət dövriyyəsinin artırılması, Orta Dəhliz, Ələt Azad İqtisadi Zonası və humanitar sahələrdə, mədəniyyət, təhsil, idman və elm sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. C.Bayramov Bakı-Kişineu birbaşa aviareysinin açılmasının münasibətlərə əlavə təkan verdiyini də vurğulayıb.Tərəflər 2026–2027-ci illər üçün siyasi məsləhətləşmələrə dair sənəd imzalayıb.
- Baxış: 65
