Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.03.2026 10:21

Mənzillərə oğurluq məqsədilə daxil olmağa cəhd edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatla Bakının Nərimanov, Nəsimi və Yasamal rayonlarında yaşayış binalarında mənzillərin qapılarını yoxlayan və boş evlərə oğurluq niyyəti ilə daxil olmağa cəhdlər edən  41 yaşlı M. Xurşudov  saxlanılıb. Onun digər bir şəxslə birlikdə qapıları yoxladığı və giriş qapılarının şəkillərini çəkdiyi təhlükəsizlik kameraları ilə qeydə alınıb. Faktla bağlı araşdırma davam etdirilir.