Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.03.2026 14:19

Rəsmi Bakı: Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxlayır

Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Azərbaycan tərəfi İranın Naxçıvana dron hücumu ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Nazirlik vurğulayıb ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılaraq İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək."İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edirik"-deyə qeyd olunub.