Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.03.2026 14:18

Azərbaycan Müdafiə Nazirliyi: İranın hücum aktları cavabsız qalmayacaq

Müdafiə Nazirliyi İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum edilməsi ilə bağlı məlumat yayaraq bildirib ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və hücumun detalları hazırda araşdırılır. Nazirlik mülki infrastruktura qarşı həyata keçirilən bu hücumları qətiyyətlə pisləyib və baş verən hadisəyə görə məsuliyyətin tam şəkildə İranın üzərinə düşdüyünü bildirib. Müdafiə Nazirliyi qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və mülki əhalinin təhlükəsizliyinin qorunması üçün zəruri cavab tədbirləri hazırlanır və hücumlar cavabsız qalmayacaq.