Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.03.2026 17:38
Firudin Qurbanov: Universitetlərdə rəhbər vəzifələrdə çalışan qadınların azlığı bizi narahat edir
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib ki, ali məktəblərdə professor-müəllim heyətinin 64,5 faizi, rəhbər vəzifələrdə çalışanların isə 43 faizi qadınlardır.Nazir müavini bu nisbətin narahatedici olduğuna diqqət çəkib.Onun sözlərinə görə, kolleclərdə göstəricilər daha yüksəkdir – müəllimlərin 81,2 faizi, rəhbər heyətin isə 63,9 faizi qadınlardır. Ölkədə qadın tədqiqatçıların payı 50,2 faiz təşkil edir ki, bu da dünya göstəricisindən yüksəkdir. Bununla yanaşı, qanunvericilikdə gender ayrı-seçkiliyi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac var.
- Baxış: 44
