Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.03.2026 16:10
İrandan atılan ballistik raket Türkiyə hava məkanında zərərsizləşdirilib
İrandan atılan və İraqla Suriya hava məkanını keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Hatay vilayətinin Dördyol rayonuna düşən parçaların hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində itki və xəsarət yoxdur.Nazirlik bəyan edib ki, Türkiyə ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir və bütün addımlar qətiyyətlə atılacaq. Həmçinin, NATO və digər müttəfiqlərlə məsləhətləşmələrin davam etdiriləcəyi vurğulanıb.
- Baxış: 42
