Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.02.2026 10:51

Kəlbəcər və Xocavənd şəhərlərinə, Cəbrayılın Horovlu kəndinə köç karvanları yola salınıb

Böyük Qayıdış çərçivəsində Kəlbəcər şəhərinə 27 ailə, 118 nəfər, Xocavənd şəhərinə 41 ailə, 138 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə, 196 nəfər köçürülüb.Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.