Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.02.2026 12:14
İlkin hərbi qeydiyyat artıq "mygov"da!
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi əməkdaşlıq çərçivəsində vətəndaşlara ilkin hərbi qeydiyyatı “mygov” platforması vasitəsilə rahat və təhlükəsiz şəkildə həyata keçirmə imkanı yaradıb.2026-cı ildə 15 yaşı tamam olacaq oğlan uşaqlarının valideynləri artıq müraciətlərini platforma üzərindən təqdim edə, övladlarının tibbi müayinələrini izləyə və qeydiyyat prosesinin nəticəsini görə bilərlər. Artıq ilkin hərbi qeydiyyat vəsiqəsi kağız daşıyıcıda verilmir, bütün proses rəqəmsal qaydada aparılır.
- Baxış: 38
