Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.02.2026 17:49
Prezident və Birinci vitse-prezident Xalq şairi Nəriman Həsənzadəni təbrik ediblər
Prezidentin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Həmçinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəni təbrik edib. Təbrik məktubunda Nəriman Həsənzadənin müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olduğu vurğulanır, onun Vətənə, milli dəyərlərə və dövlətçiliyə həsr olunan zəngin yaradıcılığının ədəbi prosesdə xüsusi yer tutduğu, gənc nəslin milli mənlik şüurunun formalaşmasına bundan sonra da töhfə verəcəyi qeyd edilir. Bu gün Xalq Şairinin 95 yaşı tamam olur.
- Baxış: 35
