Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.02.2026 10:35

Leyla Əliyeva Tiranada Albaniyanın Baş naziri ilə görüşüb

Leyla Əliyeva Albaniya Respublikasına səfəri çərçivəsində Baş nazir Edi Rama ilə görüşüb.Görüşdə Azərbaycan–Albaniya əlaqələrinin yüksək səviyyəsi vurğulanıb, mədəni əməkdaşlıq, eləcə də ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi məsələləri müzakirə edilib.Həmçinin Tiranada Albaniyanın Baş nazirinin iqamətgahında MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açılıb. Açılışda Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.Leyla Əliyeva sərginin təbiətin qorunmasına çağırış olduğunu vurğulayıb. Albaniyanın Baş naziri Edi Rama sərginin iki ölkə arasında mədəni dostluğu gücləndirdiyini bildirib.Sərgi bir ay davam edəcək.