Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.02.2026 15:47
ABŞ Səfirliyi: Azərbaycanla texnologiya və innovasiya sahəsində tərəfdaşlığımız artır
“Google” şirkətinin “Gemini” süni intellekt modelinin artıq Azərbaycan dilində istifadəyə verilməsi ABŞ və Azərbaycan arasında texnologiya və innovasiya sahəsində artan tərəfdaşlığın göstəricisidir və süni intellekt üzrə əməkdaşlığa dair 2025-ci ilin avqust sazişinə əsaslanır.Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Azərbaycan dili “Gemini 3”ün qlobal təqdimatı çərçivəsində əlavə olunan 23 yeni dildən biridir.Yeni versiya internet və mobil platformalarda tam dəstəklə istifadəçilərə təqdim olunur.
- Baxış: 48
