Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.02.2026 15:30
Azərbaycan BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını ratifikasiya edən ilk ölkədir
Milli Məclis fevralın 10-da BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasının ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.Prezident İlham Əliyevin təqdimatı ilə təsdiqlənən sənədlə Azərbaycan Konvensiyanın ratifikasiyası prosesini tamamlayan ilk ölkələrdən birinə çevrilir. BMT Baş Assambleyasında 24 dekabr 2024-cü ildə qəbul olunan Konvensiyanın hazırlanmasında Azərbaycan fəal iştirak edib və sənədi ölkə adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi imzalayıb. Konvensiya kibercinayətkarlıqla mübarizə üzrə qlobal, hüquqi cəhətdən məcburedici ilk beynəlxalq çərçivədir.
- Baxış: 47
