Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.02.2026 15:36

BDYPİ əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Fevralın 10-dan etibarən ölkə ərazisində küləkli hava, sulu qar və qar gözlənilir, dağlıq ərazilərdə yollar buz bağlayacaq. Sürücülərə ehtiyatlı olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, texniki sazlığı yoxlamaq, xüsusilə qış şinlərindən istifadə etmək tövsiyə olunur. Piyadalar da təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırılır.