Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.02.2026 13:47

Ceyhun Bayramov: Azərbaycan Tayvanın müstəqilliyini tanımır

Azərbaycan “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir. Bunu XİN rəhbəri Ceyhun Bayramov “Global Times”a müsahibəsində bildirib: “Azərbaycan Tayvanın müstəqilliyini tanımır və 2024-cü ilin yanvarında Tayvanda keçirilmiş "seçkiləri" pisləyən ilk ölkələrdən biri olmuşuq. Biz beynəlxalq hüququn prinsiplərinə sadiqik”- deyə nazir əlavə edib. O bildirib ki, regional vəziyyəti sabitlikdən çıxaran hərəkətlər sülh və təhlükəsizlik üçün ciddi təhlükə yaradır və status-kvonun dəyişdirilməsinə cəhdlər qarşıdurma riskini artırır. “Azərbaycanın Tayvan məsələsində Çini dəstəkləməsi beynəlxalq hüquqa və Azərbaycan-Çin strateji tərəfdaşlığına sadiqliyin təzahürüdür” -Bayramov qeyd edib.