Bu günə xəbərlərin oxunma sayı: 666
—
02.02.2026 15:42
Siyəzəndə baş verən yol qəzası zamanı bacı-qardaş ölüb
Bakı–Quba–Dağıstan avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib. Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, qəza zamanı Səbinə Mirzəyeva və qardaşı Rövşən Mirzəyev həyatlarını itiriblər.Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağıraraq bildirir ki, sükan arxasında diqqətsizlik və tələskənlik ağır nəticələrə səbəb ola bilər. Qurum bir daha yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa səsləyib.
- Baxış: 32
