Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.01.2026 13:48
Paytaxtın iki rayonunda oğurluq edənlər saxlanılıblar
Bakının Xəzər rayonunda iki avtomobildən, mağaza və evdən oğurluqlar etməkdə şübhəli bilinən 29 yaşlı E.Rəhimov saxlanılıb. Rayon ərazisində marketdən oğurluq edən 36 yaşlı V.Məmmədov da tutulub. Onun həmçinin bir nəfərə məxsus velosipedi oğurlayıb satdığı məlum olub.
Nəsimi rayonunda isə bank kartını ələ keçirərək alış-veriş etməkdə şübhəli bilinən 23 yaşlı M.Əzimov, 30 yaşlı Ə.Nifdalıyev və 20 yaşlı Ö.Nifdalıyev tutulublar.
- Baxış: 29
