Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.01.2026 11:57

İlham Əliyev: "Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub"

Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub. Çünki bu gün sərmayədarlar özlərini rahat və təhlükəsiz hiss edəcək yerlərin axtarışındadırlar. Bunu Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə deyib. Dövlət başçısı vurğulayıb ki, multikulturalizm, mədəni və etnik müxtəliflik, həmçinin qarşılıqlı hörmət Bakını ev, mənzil almaq və sərmayə yatırmaq üçün unikal edir. Mədənçilik, bərpaolunan enerji, süni intellekt və məlumat mərkəzləri xarici investisiyaların cəlb olunması üçün əsas hədəflərdir. "Biz bərpaolunan enerjiyə ona görə sərmayə yatırmırıq ki, enerjiyə ehtiyacımız var, ona görə sərmayə yatırırıq ki, məsuliyyətli insanlarıq və ən azı ölkəmizi, regionumuzu yaşayış üçün daha uyğun bir yerə çevirmək istəyirik" - deyə Prezident vurğulayıb. Mədənçiliyin nisbətən yeni sahə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Nadir metallarımızın əksəriyyəti Ermənistanın işğalından azad edilmiş ərazilərdə yerləşir. Hazırda ən müasir texnologiyalardan istifadə etməklə fəal tədqiqat mərhələsindəyik ki, potensialımızı dəqiq müəyyən edək”.