Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.01.2026 11:55

Azərbaycan Trampın Sülh Şurasına üzvlüklə bağlı dəvətini qəbul edib

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olmaqla bağlı dəvətini qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Donald Tramp yanvarın 16-da Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycanı quruma təsisçi üzv dövlət olmağa dəvət edib: "Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır"- məlumatda qeyd edilib.