Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.01.2026 17:41

Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn tədris ediləcək

Mədəniyyət sahəsində institusional islahatlar aparılacaq, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasında nəzərdə tutulub. 2026–2030-cu illərdə mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, ölkənin mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisi təmin ediləcək. İcraçı qurumlar Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyidir.