Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.01.2026 17:40
"Kəpəz" Futbol Akademiyasının koordinatoru: "Gəncədə istedadlı uşaqlar çoxdur"
Gəncədə futbol oynayan istedadlı uşaqların sayı çoxdur. Bunu “Kəpəz” Futbol Akademiyasının koordinatoru Vasif Vəliyev bildirib. Onun sözlərinə görə, klubun Məşq Mərkəzində keçirilən iki günlük seleksiya prosesində 180-ə yaxın uşaq iştirak edib. Seçimlər əsasən 2008–2014-cü il təvəllüdlü uşaqlar arasında aparılıb və 10-a yaxın futbolçu ilkin mərhələni uğurla keçib. Vasif Vəliyev qeyd edib ki, akademiyada yetişən futbolçular qısa müddət sonra əvəzedici komandaya cəlb olunur və gələcəkdə əsas komandada oynamaq şansı qazanırlar.
- Baxış: 105
