Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.01.2026 11:45
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq onlayn baxa biləcəklər
Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa "mygov" üzərindən rəqəmsal formada əldə edə bilərlər. Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Yalnız şəxsiyyət vəsiqəsi olan uşaqların analiz nəticələrini platforma üzərindən əldə etmək mümkündür.
- Baxış: 87
