Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.12.2025 16:11
"Kəpəz"in baş məşqçisi: "Qış fasiləsindən maksimum yararlanmağa çalışacağıq"
"Kəpəz" klubu qış fasiləsindən maksimum yararlanmağa çalışacaq. Bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov deyib. O, komandanın hazırda istirahət etdiyini bildirib. " Ümid edirik ki, qış fasiləsində gücümüzə güc qatacağıq. Çatışmazlıqları aradan qaldırmaq istəyirik. Heyəti gücləndirməklə bağlı işlər davam etdirilir. "Turan Tovuz" klubundan ayrılan Veysəl Rzayevi heyətə qatmışıq. İnanırıq ki, o, yarımmüdafiədə yaxşı işlər görəcək"- deyə o, əlavə edib. Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının 2025/2026 mövsümünün ilk yarısını 9 xalla onuncu sırada tamamlayıb.
- Baxış: 43
