Bu günə xəbərlərin oxunma sayı: 666
—
29.12.2025 13:53
Baş Prokurorluq: Xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək ağır cinayətdir
Xarici ölkələrdə silahlı münaqişələrdə iştirak ağır cinayət hesab olunur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Rusiya–Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı halları qeydə alınıb, həlak olan, yaralanan və əsir düşənlər var. Vətəndaşların diqqətinə çatdırılır ki, hər hansı maddi və ya şəxsi maraqdan asılı olmayaraq, qanunsuz silahlı birləşmələrdə iştirak Azərbaycan qanunvericiliyinə görə cinayətdir. Konstitusiyaya əsasən Azərbaycan vətəndaşının vəzifəsi öz dövlətinin qanunlarına riayət etmək və öz vətənini müdafiə etməkdir. Heç bir maddi maraq sizin həyatınızdan, azadlığınızdan və gələcəyinizdən daha əhəmiyyətli ola bilməz.
- Baxış: 45
