Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.12.2025 11:50

Gəncə stadionunun aprel-may ayında "Kəpəz" klubunun ixtiyarına veriləcəyi gözlənilir

Gəncə şəhər stadionunun aprel-may ayında "Kəpəz" klubunun ixtiyarına veriləcəyi gözlənilir. Bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə müsahibəsində məlumat verib. O, arenanın ot örtüyünün hazır vəziyyətə gətirilməsinin hava şəraiti ilə bağlı olduğunu diqqətə çatdırıb."Gəncə şəhər stadionu müasir standartlara cavab verir. Orada azarkeşlər və futbolçular üçün yaxşı şərait var. Futbol oynamaq, izləmək üçün hər şey yaxşı səviyyədə qurulub. Azərbaycanda ən yaxşı futbol stadionlarından biridir. Biz də orada oyunların tez olmasını istəyirik"- deyə nazir bildirib.