Bu günə xəbərlərin oxunma sayı: 666
—
26.12.2025 17:44
Prezident moped idarə edənlərdən sürücülük vəsiqəsinin tələbini təsdiqləyib
Moped idarə edənlərdən sürücülük vəsiqəsi tələb olunacaq. Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişikliyi təsdiqləyib. Bundan başqa, moped nəqliyyat vasitəsi anlayışının daha dəqiq müəyyən edilməsi, onların dövlət qeydiyyatına alınaraq uçota götürülməsini nəzərdə tutur. Qanunda mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbi aradan qaldırılıb. Sözügedən qanunda motosikletin və mopedin uzunluq və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilib
- Baxış: 70
