Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.12.2025 17:45

Ağdamda 2-ci yaşayış kompleksində 60 bina inşa edilib

Ağdamda 2-ci yaşayış kompleksində 60 bina inşa edilib. Ərazisi 13 hektardan çox olan kompleksdə 11 məhəllə var. Dekabrda bura 104 ailənin (426 nəfər) köçürülməsi nəzərdə tutulur. 2026-cı ilin yanvar-fevral aylarında isə daha 1164 ailə (4772 nəfər) köçürüləcək. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri vəzifələrini icra edən Fidan Məmmədli bildirilib ki, binalar daimi su, elektrik və sürətli internet xətləri, mənzillər isə istilik və isti su ilə təmin edilib. Kompleksin ərazisində genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, uzunluğu 5 kilometrə yaxın olan daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və 1218 yerlik yeraltı avtomobil dayanacaqları yaradılıb. Prezident İlham Əliyev dünən 2-ci yaşayış kompleksinin açılışını edib