Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.12.2025 17:42

Sabah Bakıya yağış, rayonlara qar yağacaq

Milli Hidrometeorologiya Xidməti xəbər verir ki  sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.