Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.12.2025 11:54
DİN vətəndaşları saxta paylaşımlara inanmamağa çağırıb
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə saxta proqram və xidmətlər barədə xəbərdarlıq edib. “Hesaba gizli giriş”, “mobil telefonlara müdaxilə” və ya yazışmaları izləmə adı altında paylaşılan təkliflər yalandır və vətəndaşları aldatmaq məqsədi daşıyır. Ödəniş edən şəxslərin məlumatları ələ keçirilir, pul vəsaiti talan edilir. Nazirlik vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi, ödəniş etməməyi və şübhəli hallarda dərhal polisə və sosial şəbəkələrdəki rəsmi səhifələrə müraciət etməyi tövsiyə edir.
- Baxış: 77
