Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.12.2025 15:40

Texnologiya Universitetində Bədii Yaradıcılıq Mərkəzi istifadəyə verilib

Azərbaycan Texnologiya Universitetində Bədii Yaradıcılıq Mərkəzi açılıb. Yeni mərkəz musiqi alətləri, studiya avadanlıqları və yaradıcılıq fəaliyyətləri üçün peşəkar infrastrukturla təchiz edilib. Burada musiqi-vokal ansamblı, rəqs klubu, teatr studiyası, qiraət, ssenari və tətbiqi sənət dərnəkləri fəaliyyət göstərəcək. Artıq 70-dən çox tələbə mərkəzə qoşulub. Universitetin tələbələri yaradıcılıq klublarına üzv olaraq öz istedadlarını inkişaf etdirə bilərlər.