Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.11.2025 11:56
Baş İdarə əməliyyat keçirib, 62 kq narkotik aşkarlanıb
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Astarada keçirdiyi əməliyyat zamanı əvvəlcədən məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov saxlanılıb. Onlardan ümumilikdə 62 kiloqram psixotrop maddə əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Şübhəlilər narkotiki şəxsiyyəti araşdırılan bir İran vətəndaşından aldıqlarını və satış üçün müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər. Faktla bağlı araşdırma davam edir.
- Baxış: 40
