Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.11.2025 10:17

Trampın elçisi: “Prezident Əliyevin qərarı həqiqi liderlik nümunəsidir”

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla 30 ildən artıq davam edən münaqişənin həlli istiqamətində göstərdiyi səylərini yüksək qiymətləndirib. Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışında danışıb. “Avqust ayında Donald Tramp Oval kabinetdə İlham Əliyevdən üstün orduya malik olmasına baxmayaraq, niyə hücumu davam etdirmədiyini soruşdu. Prezident Əliyev cavab verdi ki, məqsədi yalnız işğal olunmuş əraziləri geri qaytarmaq idi və ona artıq heç nə lazım deyildi”- deyə o, əlavə edib. Stiv Uitkoff bu mövqeni “həqiqi dövlət liderinin nümayiş etdirdiyi heyrətamiz qərar” adlandırıb.