Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.11.2025 17:54
"Çelsi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin keçəcək"
"Çelsi" üçün "Qarabağ"la oyun çətin olacaq. Bunu İngiltərənin"Çelsi" klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib. O, "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan əvvəl fikirlərini bölüşüb: "Qarabağ"la oyun bizim üçün vacibdir. Uyğunlaşmağa və əlimizdən gələni etməyə çalışacağıq. "Qarabağ" yaxşı komandadır. Onlar "Benfika" və "Kopenhagen"ə qalib gəliblər. "Atletik"lə matçda hesabda irəli idilər lakin sonradan məğlub oldular. Şübhəsiz ki, çətin oyun olacaq".
- Baxış: 33
